Hava yağmursuz keçəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən avqustun 31-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 19-23°, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-55 faiz olacaq.

Dəniz suyunun temperaturu: Şimal çimərlik­lərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°, Cənub çimərliklərində: (Türkan, Höv­san, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayon­larında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22°, gündüz 27-32°, dağ­larda gecə 8-13°, gündüz 15-20° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya