Fransada 3 medal

post-img

Fransanın paytaxtı Parisdə keçirilən Qran-pridə Azərbaycan parataekvondoçuları 3 medal qazanıblar. 

G6 kateqoriyalı yarışa qatılan təmsilçilərimiz Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) yarımfinalda uduzmaqla 3-cü yeri tutublar. 

Qeyd edək ki, hər üç parataekvondoçu K-44 kateqoriyasında qüvvəsini sınayıb. 

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman