Yekaterinburqda bürünc mükafat

post-img

Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında taekvondo komandamız daha 1 medal qazanıb. 

Gənclər və İdman Nazirliyindən “Xalq qəzeti”nə bildirilib ki, dayanq us­tamız Adil Eyvazov (58 kq) fəxri kürsü­nün 3-cü pilləsində yer alıb. 

Qeyd edək ki, taekvondo üzrə yığ­mamız turnirdə 1 qızıl, 2 gümüş, 1 bü­rünc medal qazanıb. 

Bununla da, komandamızın əldə etdiyi medalların sayı 27-yə çatıb. 

Qeyd edək ki, avqustun 31-dək da­vam edəcək yarışda Azərbaycanı 69 idmançı təmsil edir.

L.SABİRQIZI, “Xalq qəzeti”

İdman