Novruz – həyat kitabının yeni səhifəsi

post-img

Sivil insan cəmiyyəti ulu təbiətin qoynunda və onun davamı kimi ali bir mövcudluq təşkil edir. Təbii proseslərdəki dövrilik və inkişaf cəmiyyətdə qanunauyğunluqların və tərəqqinin müşayiəti ilə təzahür edir. Bir sıra adət və ənənələrin tükənməz qaynağı da məhz təbiətin mükəmməlliyi və insan üçün ilhamverici ahəngidir.

Bu baxımdan, türk xalqlarının ən qədim inanclarından olan təbiətin yaradıcı gücünə tapınma Novruz fəlsəfəsində aydın və  bitkin əksini tapıb. Fəsillərin bir-birini əvəz etməsinin gedişi və bunun cəmiyyətin bir illik həyatına nizam verməsi Novruz təntənəsi ilə dərk olunur, yeni dövrənin təkanverici mənəvi enerjisinə çevrilir. Təbiətdəki gecə-gündüz bərabərliyinin mərkəzi və astronomik ruporu olan ünəş Novruzda oyanış və yeni yüksəlişə qapı açır. Od kultuna sayğı ünəşin bu qlobal güc qaynağı olmasının rituallaşmasıdır. Min illər əvvəl ibtidai müşahidələrdən ilkin astrofizika kafedrası Novruz bayramının təbii və tarixi qaynaqları ilə bağlı astronomik izahında bldirilir ki, eramızdan əvvəl III minillikdə artıq qədim şumerlər göydə 5 planeti (Merkuri, Venera, Mars, Yupiter və Saturn) ulduzlardan fərqləndirə biliblər.

Qədim misirlilər və yunanlar isə ulduzları qruplaşdıraraq bürclərə bölüb, onlara bənzədikləri canlıların adlarını veriblər.

Yaz bərabərliyi gününün bu qədər önəmli ayılması nə ilə bağlıdır? Niyə həmin gün bu qədər kultlaşdırılıb?

Astrofiziklərimiz qeyd edirlər ki, Yer öz oxu ətrafında, təqribən, 24 saatda bir dövr etməsi ilə yanaşı, həm də ünəş ətrafında ellips boyunca kifayət qədər böyük sürətlə (30 kmsan) hərəkət edir. akin biz  Yerdəki müşahidəçilər bu fırlanmanı hiss etmirik. Bizə elə gəlir ki, sanki, Günəş Yer ətrafında firlanır. ünəş müxtəlif bürclərdən keçərək Yerin ətrafında bir ellips cızır. Günəşin il ərzində ulduzlar arasında cızdığı bu yola ekliptika deyilir. Ekliptika boyunca hərəkəti zamanı ünəş 12 bürcdən keçir. Bunlara zodiak bürcləri deyilir. Yunan dilində “zod”  canlı, “diak” dairə, çarx  yəni, canlılar dairəsi deməkdir.

Əslində, zodiak 12 bürcdən deyil, 13 bürcdən ibarətdir. 13-cü bürc “Ovsunçu” adlanır. Lakin bu bürcün cəmi 1 ulduzu ekliptikanı kəsdiyi üçün onu zodiak bürclərinə daxil etməyiblər. Beləliklə, Yer hərəkət zamanı ekliptikaya nəzərən 23,5 dərəcəlik bucaq altında yerləşən və göy ekvatoru adlanan böyük bir dairə ilə 2 nöqtədə kəsişir. Bu kəsişmələrə bərabərlik nöqtələri deyilir: yaz və payız bərabərliyi nöqtələri. Qədim zamanlarda yaz bərabərliyi nöqtəsi “Qoç” bürcündə yerləşirdi. Hazırda bu nöqtə “Balıqlar” bürcündədir. Gələcəkdə isə “Dolça” bürcünə doğru sürüşəcək. Bu nöqtənin sürüşməsinə səbəb Yer oxunun presessiyası deyilən hadisədir.

Bəs Günəşin yaz bərabərliyi nöqtəsində görünməsi hansı hadisəyə səbəb olur?

Bu sualı alimlər yerdə fəsillərin əmələ gəlməsinə aydınlıq gətirməklə cavablandırırlar. Bildirilir ki, Yerdə fəsillərin əmələ gəlməsinin 3 səbəbi var: Yerin firlanma oxunun onun orbitinə meyilli olması; Yerin fırlanma oxunun fəzada öz vəziyyətini saxlaması; Yerin Günəş ətrafında dolanması. Məhz bu səbəblərdən Yerdə fəsillər bir-birini əvəz edir. Məsələn, Uran planetində onun fırlanma oxu hərəkət müstəvisində yerləşdiyi üçün bu planetdə fəsillər olmur. 

Yer oxunun meyilli olması ona gətirir ki, müəyyən dövrdə Yerin Şimal qütbü, müəyyən dövrlərdə isə Cənub qütbü daha çox ünəşə doğru dönmüş olur. Günəşə doğru yönəlmiş yarımkürədə yay fəsli, əks yarımkürədə isə qış fəsli yaşanır. Yer Günəş ətrafinda hərəkət etdikcə bu fəsillər bir-birini əvəz edir. akin orbitin müəyyən nöqtələrində Yerin firlanma oxu elə yerləşir ki, Günəşdən gələn şüalar hər iki yarımkürəyə eyni dərəcədə düşür. Bu zaman yaz və payız fəsilləri əmələ gəlir.

Beləliklə, Günəş yaz bərabərliyi nöqtəsinə gələndə, qütblər istisna olmaqla, Yer kürəsinin bütün hissələrində gecə gündüzə bərabər olur. Yerin Şimal yarımkürəsində astronomik yaz, Cənub yarımkürəsində isə astronomik payız başlayır. Bu hadisə məhz 20 -21 mart günlərinə uyğun gəlir. 

Yaz bərabərliyi nöqtəsi astronomlar üçün vacib bir nöqtədir. Bu nöqtəyə görə, Ulduz vaxtı adlanan astronomiya vahidi tapılır. Digər tərəfdən, bu nöqtəyə nəzərən bütün göy cisimlərinin koordinatları təyin olunur. Bir çox təqvimlərdə (qədim in, indistan) yaz bərabərliyi günü təqvimin başlanğıcı kimi qəbul edilib.

Tahir Aydınoğlu

XQ

 

Maraqlı