Nəriman Nərimanov və Azərbaycanın milli maraqları

post-img

Nəriman Nərimanovun milli-dövlətçilik baxışlarının həyata keçirilməsi baxımından  ən ağır  dövrü 1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra başlayır. Nərimanov  o dövrdə Azərbaycanda deyildi. O, Bakıya yalnız 1920-ci il mayın 16-da gələrək Azərbaycan SSR Müvəqqəti İnqilab Komitəsinə və Xalq Komissarları Sovetinə rəhbərlik etmişdir.

Sovetləşmənin ilk günlərindən Azərbaycanın hakim elitasında milli məsələnin həlli yolları ətrafında ixtilaar başladı. Əslində, bu ixtilafların kökü əvvəlki illərdə qoyulmuşdu. 1918-ci ilin mart  aprel aylarında Bakı quberniyası ərazisində Sovet hakimiyyətinin qurulmasının acı təcrübəsi, yəni on minlərlə azərbaycanlının soyqırımı, yerli əhali arasında bolşeviklərə qarşı inamsızlıq və mənfi münasibət hisslərinin yaranmasına səbəb olmuşdur. Buna görə 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurucuları arasında 1918-ci ildə Bakı Xalq Komissarları Soveti hökuməti ilə bağlı olan və qanlı Mart hadisələrində fəal iştirak etmiş bir sıra bolşeviklərin olması təbii olaraq azərbaycanlılar arasında birmənalı qarşılanmamışdı. Müsəlman əhalisi “bolşevik” sözündən dəhşətə gəlirdi. Buna görə də, sovet hakimiyyətinin ilk günlərindən N.Nərimanov milli məsələni həll edərkən 1918-ci ilin səhvlərinin təkrarlanmasına imkan verməyəcək bir siyasət yürütməyə çalışmışdı. Bu məsələni  Nərimanov Moskvaya, RK (b)P Mərkəzi Komitəsinə, V. Leninin, İ.Stalinin ünvanına göndərdiyi məktublarda Kreml rəhbərliyi qarşısında dəfələrlə qaldırmışdı. 

Lakin Aprel işğalından sonra sovet hakimiyyətinin Azərbaycanda ilk addımları bir daha 1918-ci ildəki kimi milli məsələnin həllində səhvlərin təkrarlanacağına əsas verirdi. Təsadüfi deyil ki, 1920-ci ilin mayında N.Nərimanov Bakıya qayıtdıqdan sonra müsəlmanlar onu bu sözlərlə qarşıladılar: “Bəlkə də sizdən əvvəl baş verən bu özbaşınalığa son qoyulacaq ... Azərbaycanı hərtərəfli qarət edirlər, sağa-sola güllələyirlər”. Buna görə Nərimanov Azərbaycan İnqilab Komitəsinin təsdiqi olmadan kimi isə güllələməyi qadağan edən bir neçə fərman imzaladı.

Əsasən, 1920-ci illərin əvvəllərində Azərbaycan rəhbərliyindəki qarşıdurmalar sovet siyasətinin aparılmasında yerli xüsusiyyətlərin nəzərə alınması amilləri ilə bağlı idi. Bu məsələyə münasibətdə bir-birindən az-çox fərqlənən iki xətt özünü büruzə verirdi. Bir qrup kommunistin fikrincə Rusiya ilə bir dövlətdə yaşamaq şəraitində respublikanın hüquqları nisbətən geniş olmalı, dəyişikliklər həyata keçirilərkən yerli şərait, milli adətənənələr, din və dil amilləri tam şəkildə nəzərə alınmalı, respublikanın azərbaycanlı kommunistləri tərəfindən idarə edilməsi təmin olunmalı idi. Bu qrupun ən görkəmli nümayəndəsi Azərbaycan İnqilab Komitəsinin və Xalq Komissarları Şurasının sədri N.Nərimanov idi. Beləliklə, N.Nərimanov Azərbaycan Kommunist Partiyası daxilində milli sapınçılıq hərəkatının  əsasını  qoymuşdur. “Nərimanovçuluq” kimi tarixə daxil olmuş bu ideologiya heç də təsadüfən yaranmamışdı, tarixi reallıqlardan qaynaqlanırdı. Nəriman Nərimanovun mərkəzi hakimiyyətə qarşı etirazının məğzində Azərbaycan xalqının milli maraqlarının müdafiəsi dayanırdı. O, sosializmin Şərq aləmində yayılmasının şəksiz tərəfdarı olaraq, dəfələrlə öz çıxışlarında, məqalələrində Azərbaycanda nümunəvi milli sosialist respublikanın yaranmasının zəruri olduğunu bildirmişdi. Onun fikrincə, belə bir respublikanın yaranması Şərqdə milli-azadlıq hərəkatına böyük təkan verə bilər və sosialist inqilabı istiqamətində inkişafı üçün zəmin yaradardı. Buna görə də N.Nərimanov elə hesab edirdi ki, Sovet Azərbaycanının milli simasını səciyyələndirən amillər geniş şəkildə saxlanılmalı və gücləndirilməlidir. Bu mənada N.Nərimanov “Azərbaycanın simasızlaşdırılmasının” qəti əleyhinə idi.

Lakin N.Nərimanov və onun tərəfdarları yeni hakimiyyətin ilk günlərindən Azərbaycan Kommunist Partiyasının rəhbər orqanlarında azlıq təşkil edirdilər. Mərkəzi Sovet rəhbərliyi tərəfindən Azərbaycana təyin olunmuş rəhbər kadrlar, yerli adətləri, milli və dini xüsusiyyətləri, xalqın psixologiyasını bilmədən və nəzərə almadan, bolşevik siyasətini Rusiyada olduğu kimi həyata keçirməyə çalışırdılar. Daxili siyasətdə onlar sinfi düşmənlərə qarşı amansız mübarizəni, Rusiyada təcrübədən keçmiş hərbi kommunist siyasətinin tətbiq edilməsini yeganə doğru yol hesab edirdilər. Onlar respublikanın milliliyini müvəqqəti siyasi güzəşt kimi qəbul edir və onun nəinki faktiki, hətta hüquqi baxımdan da tezliklə Rusiyanın tərkibinə qatılmasını arzulayırdılar. Bu cərəyanda əsas rolları qeyri-millətlərdən olan bir qrup kommunist oynayırdı. Antimilli mövqedə duran kommunistlər, əsasən AK (b) P Bakı Partiya Komitəsinin ətrafında birləşmişdilər. N.Nərimanov Azərbaycanda sovet quruculuğunun nəticələri haqqında V. Leninə 15 sentyabr 1921-ci il tarixli məktubunda Bakı Partiya Komitəsinin rəhbərliyində qeyri-millətlərdən olan kommunistlərin əsas rəhbər vəzifələrə irəli çəkilməsinin səbəbini izah edərək qeyd edirdi ki, inqilab dövründə müsəlman kommunistlərin əksəriyyəti vaxtının çoxunu qəzalara (fəhlələri kəndlilərlə bağlamaq üçün) ayırırdı, Bakının fəhlə rayonları isə gənc kommunistlərin əlində idi və 1919-cu ilə qədər onlar bizə düşmən olan partiyaların üzvü idi . Onların içərisində xüsusi cənfəşanlıq göstərən milliyətcə erməni olan kommunistlər ilk günlərdən Azərbaycanın milli baxımdan simasızlaşdırılması uğrunda mübarizənin ən fəal iştirakçıları kimi çıxış edirdilər. Buna görə də V. Leninə və İ.Stalinə yazdığı məktublarda o, respublikanın siyasi həyatında sabitliyin pozulmasında əsas  rol oynayan, 1918-ci il qanlı hadisələrdə öz daşnak simasını göstərmiş erməni kommunistlərinin yüksək vəzifələrə təyin edilməsinin əleyhinə idi. 

Hansı xəttin qalib gələcəyi xeyli dərəcədə Moskvanın mövqeyindən asılı idi. Respublika Moskvanın tam nəzarəti altında idi. Rusiyanın Qafqazdakı Q.Orconikidze, İ.Stalin kimi nümayəndələri respublikanın həyatına müdaxilə edir, rəhbər orqanların fəaliyyətinə həlledici təsir göstərirdilər. Onlar qəti fikirdə idilər ki, “müstəqillik oyunu” müvəqqəti siyasi bir üsuldur və yaxın gələcəkdə bu oyuna son qoymaq lazımdır. Bu mövqeyə uyğun olaraq onlar Azərbaycanın dövlətçilik hüquqlarını məhdudlaşdırmağa çalışırdılar. Milli məsələdə bu qrupun mövqeyi Bakı Partiya Komitəsi rəhbərlərinin mövqeyi ilə uzlaşırdı. Nəticədə, Azərbaycanda Sovet rejiminin qurulmasının ilk aylarından rəhbər işçiləri arasında bir-birinə qarşı zidd mövqedə duran iki qruplaşma meydana gəldi: sollar və sağlar-milli sapınçılar . Partiya dairələrində sağlar adını alan Nərimanov qrupuna M.Qədirli, M.C. Bağırov, S.M.Əfəndiyev, D.Bünyatzadə, M. Hacıyev və başqaları daxil idi. Ona qarşı Bakı və ya sollar A.Mikoyan, S.Sarkis, L.Mirzoyan, M.D. Hüseynov, R.Axundov, A. Qarayev və başqaları daxil idi.

Milli sapınçı adlandırılan sağlar  əsasən partiyanın qəza təşkilatlarında, sollar isə Bakı partiya təşkilatının qeyri-müsəlman işçiləri arasında, həm də İrandan gələn azərbaycanlı fəhlələrin əksəriyyəti arasında dəstəyə və nüfuza malik idi. 1920-ci illər ərzində bu qarşıdurmada Bakı Komitəsinin üstünlüyü müşahidə olunurdu. Bu dövrdə Bakı Komitəsinin Rəyasət eyətində ruslar və ermənilər üstünlük təşkil edirdi. rməni kommunistləri A.Mikoyan, S.Sarkis və L.Mirzoyan 1920-1929-cu illərdə Bakı partiya təşkilatına rəhbərlik etmişdilər. Bu dövrdə AK (b)P Bakı Komitəsi müstəqil siyasət yürüdür, Azərbaycan K(b)P Mərkəzi Komitənin qərarlarına tabe olmur, bununlada onun işini i ic edərək respublikanın hakim orqanına çevrilməsinə mane olurdu. “Sollar” kommunistlərin bu cür mövqeyi Moskvanı qane edirdi, çünki milli-sapınçıları müəyyən bir çərçivədə və nəzarətdə saxlamağa və onların sollara ixtilaarına hakim rolunda müdaxilə etməyə imkan verirdi. Bu yolla Mərkəz öz mövqeyinin əhəmiyyətini və təsir gücünu nümayiş etdirirdi. Beləliklə, Mərkəz respublikanın siyasi həyatında öz maraqlarına uyğun əlverişli bir tarazlıq yaratmağa çalışırdı. 

1920-ci il mayın ortalarında N.Nərimanovun Bakıya qayıtmasından sonra bu iki qrup arasında milli məsələ ətrafında qarşıdurmalar aydın proqram şəkili almışdır. Nərimanov bir neçə dəfə istefa ərizəsini yazmışdı. Bu cür mövqe Mərkəzə təzyiq göstərməyin yeganə yolu idi. Nərimanov istefa onların iştirakı ilə (Q.Orconikidze, A.Mikoyan, L.Mirzoyan və digərləri)  qarşılıqlı ittiham xarakterli müzakirə aparmışdır. Azərbaycanlıların sıxışdırılması, müsəlman fəhlələrin səbəbsiz olaraq partiyadan kənarlaşdırılması, məsələsini qaldırır və ya tərəfdarlarına Mərkəzi Komitədə real hakimiyyətin verilməsini tələb edirdi. yni zamanda, rəqiblərinin Mərkəz tərəfindən geri çağırılmasını tələb edirdi. Milli ucqarlarda sapınçılığın Mərkəz və onun təyin etdiyi kadrlar tərəfindən yaradıldığını hesab edən Nərimanov Mərkəzə tövsiyə edirdi: Milli ucqarlarda quruculuq işlərini elə aparın ki, onlar düzgün inkişaf edərək Mərkəzlə təbii şəkildə birləşsinlər” . 

Azərbaycanın müstəqilliyi məsələsi ən prioritet müzakirə mövzularından biri idi. Belə ki, Azərbaycanın Cənubi Qafqaz Federasiayasına daxil olması məsələsi yalnız Q.Orconikidze və ya S.Kirovun istəyi ilə məhdudlaşmırdı. Bu fikrin aparıcı müsəlman kommunistlər tərəfindən dəstəklənməsi qarşıdurmanın təkcə Mərkəzlə deyil, həm də yerli səviyyədə kommunistlər arasında aparıldığının əyani sübutu idi. Sovet hakimiyyətinin ilk illərindən bəri Nərimanov Azərbaycanın neft gəlirlərindən tibb və təhsil sahəsinə cüzi xərclənməsi ilə bağlı dəfələrlə məsələ qaldırmışdı. 

“Sollar” hesab edirdi ki, Azərbaycan kəndində inqilab tam baş verməmişdi. Bunun üçün bəy mülklərini yandırmaq və beləliklə kəndlilərə inqilabın baş verdiyini hiss etməyə imkan vermək lazımdır. Sollar böyük və kiçik burjuaziyaya bölünmədən tam müsadirənin həyata keçirilməsini tələb edirdi. Sağlar  burjuaziyanın ilkin siyahısı və dəqiq ünvanlarının tərtib olunmasını və bu məlumatlar əsasında müsadirənin keçirilməsini təklif edirdi.

İdarəetmə orqanlarının və əsas müəssisələrin işçilərinin milli tərkibi məsələsi də sollara qarşı ittiham siyahısında idi. Azneftin və Bakı Sovetinin tərkibi əsasən qeyri-millətlərdən ibarət idi. Savad baxımından müsəlman fəhlələr ermənilərdən, gürcülərdən və ruslardan geridə idilər. Bunu nəzərə alaraq Nərimanov müsəlmanların səviyyəsini rus işçiləri səviyyəsinə qaldırmağı təklif edirdi ki, sonradan onlar dövlət quruculuğunda fəal iştirak edə bilsinlər. 

Azərbaycanda “sollar” və milli-sapınçıların nümayəndələri arasında baş verən  ixtilaarda mərkəzi fiqur  olan  Nərimanov  tədricən Mərkəzi bolşevik rəhbərliyinin səbr kasasını aşdırdı. Qocanın (N. Nərimanovu öz aralarında belə adlandırırdılar) inadkarlığına görə,  İ.Stalin və Q. Orconikidze Nərimanovu özləri üçün məqbul siyasi fiqur kimi qəbul etmirdilər və onu respublika rəhbərliyindən uzaqlaşdırmağa çalışırdılar. akin  N. Nərimanovun nüfuzu kifayət qədər yüksək idi və onu vəzifədən uzaqlaşdırmaq elə də sadə iş deyildi. Amma bir müddət sonra Nərimanovun  Azərbaycandan uzaqlaşdırılmasının  rahat forması tapıldı. 1922-ci ilin yanvarında N. Nərimanov Tiflisdə daimi iştirakını tələb edən Zaqafqazya Sovet Federativ Sosialist Respublikasının İttifaq Şurasının Rəyasət Heyətinin üç sədrindən biri təyin edildi. 1923 - cü ilin yanvarında RK(b) P MK-nin Siyasi Bürosu N. Nərimanovu Ti isdən geri çağırdı və Moskvada vəzifə vermək adı altında onu çox yüksək, lakin səlahiyyət baxımından bir o qədər də nüfuzu olmayan dövlət vəzifəsinə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri təyin etdi. Belə kombinasiyalarla Moskva N.Nərimanovu Azərbaycandan təcrid edərək onu Vətənlə bağlayan bütün  bağlarını qırmağa çalışdı. 

1923-cü ilin iyununda RK (b) P Mərkəzi Komitəsinə, İ.Stalinə göndərdiyi məktubda Nərimanov konkret nümunələrdən istifadə edərək “milli sapınçılar” qrupunun platformasını yenidən ortaya qoydu. N.Nərimanovun məruzəsində qaldırılan məsələləri yerindəcə müzakirə etmək üçün Rusiya Kommunist Partiyasının  Mərkəzi Nəzarət Komissiyası 1923-cü ilin iyulunda Bakıya ezam olunaraq N.Nərimanovun razılaşmadığı, tənqid etdiyi məsələlər və şəxslər ətrafında Azərbaycanın müstəqilliyinin əlindən alınması, Azərbaycan neftinə sovet Rusiyasının tam sahiblik etməsi, Q.Orconikidzenin “canişinlik” siyasəti, hakimiyyətin süngü gücünə saxlandığı kimi məsələlərə  sənədlərdə adları çəkilən şəxslər keçirilən iclaslarda  öz etirazlarını bildirmişdilər. Müzakirə zamanı N.Nərimanovun ittiham etdiyi şəxslər onu millətçilikdə, müsavatçıları ətrafına toplamaqda, hətta mahiyyətcə müsavatçı olmaqda günahlandırırdılar. N.Nərimanov erməni kadrlara mənfi münasibət bəsləməkdə təqsirləndirilirdi. Partiya orqanlarının direktivlərinə əməl etməməkdə, öz xəttini yeritməkdə suçlu bilinən N.Nərimanovun iqtisadi güzəştlərlə yanaşı, siyasi güzəştlər tələb etməsi, müsəlmanların tərəfini saxlamaqla partiyanı parçalamağa səy göstərməsi kimi fikirlər səslənmişdi.

Bütün bu təzyiqlərə baxmayaraq, Nərimanov öz baxışlarından dönməmişdir. akin   RK (b) P Mərkəzi Nəzarət Komissiyasının yoxlamasından sonra partiya dilində milli sapınçılığı ifadə edən uzun siyahıda yenisi  “Nərimanovçuluq” ifadəsi ortaya çıxmışdır. Bu ifadə uzun illər ərzində milli nomenklatura kadrları üzərində “Damokl qılıncı” kimi asılaraq, mərkəzi rəhbərlikdə onların siyasi sadiqliyinə şübhənin və inamsızlığın olduğunu ifadə edirdi. Artıq milliyyətçilik mənasını daşıyan Nərimanovçuluq ifadəsi, daha sonra, 1930-cu illərin Böyük terroru illərində Azərbaycanın partiya və dövlət rəhbərlərinə qarşı məhkəmə ittihamlarında istifadə edilmişdi. Faciə onda idi ki, hətta Nərimanovun əleyhdarları da həmin proseslər zamanı bu cür ittihamların qurbanına çevrilmişdilər. Beləliklə, N. Nərimanovun adı 1950-ci illərin ikinci yarısına qədər tamamilə unudulmağa məhkum edilmişdir. 1950-ci illərin ikinci yarısında, demək olar ki, Stalin repressiyalarının qurbanı kimi bəraət almış və tariximizə  qaytarılmış Nəriman Nərimanova 1972-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə anadan olmasının 100 illiyi münasibətilə Bakıda  abidə ucaldılmışdır. Bu abidənin ucaldılması N. Nərimanovun görkəmli siyasi və ictimai xadim kimi tamamilə  bəraət almasını  simvollaşdırdı və tədqiqatçılara N. Nərimanovun sovet ideologiyası ilə müəyyən edilmiş elmi çərçivələrdə çoxşaxəli fəaliyyətini daha dərindən öyrənməyə  şərait yaratdı.    

Lakin 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra N. Nərimanov yenə də artıq yeni vətənpərvərlər tərəfindən hücuma məruz qaldı. Onlar Azərbaycanın sovet keçmişinin siyasi xadimlərini ciddi tənqid edirlər, onların xidmətlərini nəzərə almadan hamını bir sıraya qoyurdular. Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə qayıdışından sonra 1993-cü ilin sentyabrında Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində respublikanın elmi ziyalıları ilə görüşdə çıxış edərək, Azərbaycanın Sovet tarixinə ümumi qiymət vermiş, bu dövrdə xalqımızın əsas nailiyyətlərini və itkilərini vurğulamışdır. Ulu öndərin çıxışında Sovet Azərbaycanının görkəmli dövlət xadimi Nəriman Nərimanovun fəaliyyətinin qiymətləndirilməsi xüsusi yer tutmuşdu. Nərimanova qarşı irəli sürülən bütün ittihamları rədd edən Heydər Əliyev tarixçiləri bu və ya digər siyasi xadimlərin fəaliyyətini emosiyalara qapılaraq və konyekturadan çıxış edərək deyil, konkret tarixi vəziyyətə və hadisələrin gedişatına təsir etmək üçün real imkanlara əsaslanaraq qiymətləndirməyə çağırmışdır. Ulu öndər çıxışında bildirmişdi: “Son zamanlar Nəriman Nərimanovdan başlayaraq, Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır. Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir”.

İlqar NİFTƏLİYEV

AMEA Tarix və Etnologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru

Sosial həyat