Ağdamda Qarabağ “DOST Evi” tərəfindən səyyar xidmət təşkil olunub

post-img

3 Dekabr - Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar Qarabağ “DOST Evi” tərəfindən ilk dəfə olaraq səyyar xidmət təşkil olunub. Xidmət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə təşkilatçılıq çərçivəsində Quzanlı qəsəbəsindəki Heydər Əliyev Mərkəzində həyata keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin təşkilində məqsəd Qarabağ “DOST Evi”nin xidmət istiqamətləri ilə bağlı vətəndaşların məlumatlılığını artırmaq, əlilliyi olan şəxslərin sosial adaptasiyasına dəstək göstərməkdir.

Layihə çərçivəsində Qarabağ “DOST Evi”nin fəaliyyəti və xidmət istiqamətləri barədə geniş təqdimatlar edilib. Qarabağ "DOST Evi”nin təlimçiləri və əməkdaşları tərəfindən əlilliyi olan şəxslər üçün müxtəlif yaradıcılıq istiqamətləri üzrə master-klas keçirilib, onların valideynləri və ya qəyyumları ilə maarifləndirici söhbətlər aparılıb.

 

 

 

Sosial həyat