Siqaret heyvanda da xərçəng yaradır

post-img

Son araşdırmalar nəticəsində açıq­lama verən səhiyyə mütəxəssisləri siqaretin ekosistemdəki bütün canlıla­ra mənfi təsir etdiyini bildiriblər. Belə ki, zərərli vərdişin qurbanı olan digər canlılar evimizdəki pəncəli “dostları­mızdır”. Bəs, siqaretin ev heyvanlarına mənfi təsiri nədir?

Qeyd edək ki, dünyada təxminən 1,5 milyard insan siqaret çəkir. Tüstü nəti­cəsində havaya qarışan bir çox zəhərli maddələr insanlar kimi heyvanları da təh­lükəyə məruz qoyur. Digər tərəfdən isə, atılan siqaret kötükləri heyvanlar tərə­findən yeyildikdə onların orqanizmində problemlər yaranır.

Evdə bəslədiyimiz balaca dostlarımı­zın yanında çəkdiyimiz siqaretin tüstüsü belə onların həm tüklərinə, həm də daxili orqanlarına ciddi şəkildə təsir edir.

Məsələn, siqaret quşlarda ağciyər xərçənginə və bir çox heyvanda göz in­feksiyasına səbəb olur. Xüsusən də itlər­də burun xərçəngi yaradır.

Ev heyvanlarımızı və təbiətdə yaşa­yan bütün digər canlıları siqaretin zərərli təsirindən qorumaq insanlıq borcumuz­dur. Gəlin buna riayət edək!

Səadət RZAYEVA, “Xalq qəzeti”

Maraqlı