Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nüfuzlu "Trends in Ecology & Evolution" elmi jurnalında dərc olunan yeni tədqiqat, zəhərin elmi tərifini genişləndirməyi və bura hamımızın yaxşı tanıdığı adi bağ ilbizləri ilə çılpaq ilbizləri (shlyuz) də daxil etməyi təklif edir. Bioloqların irəli sürdüyü yeni nəzəriyyəyə əsasən, zəhərə təkcə ilan və ya hörümçəklərə xas olan sırf hücum və ya müdafiə silahı kimi baxılmamalıdır. Alimlər hesab edirlər ki, başqa bir orqanizmin bədənində fizioloji dəyişikliklərə səbəb ola bilən hər hansı bir bioloji ifrazat (sekret) zəhər statusu almalıdır. Bura bitkilərin şirəsini soran mənənələrin tüpürcəyi və ya ilbizlərin ifraz etdiyi xüsusi kimyəvi maddələr də daxildir.
Bu yanaşma tərzi elmdə qəbul olunarsa, indiyə qədər tamamilə zərərsiz hesab edilən on minlərlə canlı növü potensial olaraq zəhərli heyvanlar qrupuna aid ediləcək. Tədqiqatçılar izah edirlər ki, bu maddələri birləşdirən əsas faktor onların təkamül funksiyasıdır – yəni qarşı tərəfin (istər bitki, istərsə də digər canlı olsun) maraqlarına zərər vurmaqla onun orqanizminə təsir göstərmək.
Elmi işdə buna dair konkret nümunələr göstərilib. Mənənələr və mantiya böcəkləri bitkilərin müdafiə mexanizmini sıradan çıxararaq onların gövdəsinə xüsusi kimyəvi birləşmələr yeridirlər. Bağ ilbizləri və çılpaq ilbizlər isə çoxalma dövründə tərəfdaşlarının davranışını idarə etmək və dəyişdirmək üçün xüsusi toksinlərdən istifadə edirlər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, yeni elmi yanaşma zəhəri dar çərçivədə bir "silah" kimi deyil, canlı təbiətdə çox geniş yayılmış universal bir adaptasiya və idarəetmə strategiyası kimi yenidən qiymətləndirməyə imkan verəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

