Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Kalmarlar bədən rənglərini anında şəffafdan parlaq çalarlara qədər dəyişmək qabiliyyəti ilə tanınırlar və elm adamları uzun müddətdir ki, bu fenomenin arxasında duran fiziki mexanizmi anlamağa çalışırdılar. "Vuds-Houl" Dəniz Bioloji Laboratoriyasının başayaqlı mollyuskalar üzrə ekspertləri və Kaliforniya Universitetinin tədqiqat qrupu birgə araşdırma nəticəsində bu tapmacanı həll ediblər. Tədqiqatçılar kalmarın dərisində "reflektin" adlanan unikal zülaldan ibarət gizli nano-sütunlar strukturu aşkar ediblər. Bu kiçik sütunlar miniatür güzgülər kimi fəaliyyət göstərərək, yerləşmə nizamından asılı olaraq işığı əks etdirir və ya ötürür.
Elmi iş Atlantik okeanında yaşayan uzunüzgəcli sahil kalmarlarının (Doryteuthis pealeii) üzərində aparılıb. Kalmarın mantiya hüceyrələrini (iridoforları) vizuallaşdırmaq üçün komanda kəmiyyət fazalı mikroskopiya metodu olan holotomoqrafiyadan istifadə edib. Bu müasir üsul işığın nümunədə necə sındığını canlı və dəqiq şəkildə görməyə imkan yaradıb.
Alimlər kalmarın iridofor hüceyrələrindəki spiralvari Breqq reflektorlarının arxitekturasından ilhamlanaraq, gələcəkdə süni analoji strukturların yaradılmasının mümkünlüyünü araşdırırlar. Bu kəşf optik materiallar və maskalanma texnologiyalarında yeni üfüqlər aça bilər.
Ə.Arzu
XQ

