“Yay da ki, gec gəlib, tez keçir yaman”…

post-img

Son vaxtlar sosial şəbəkələrdə ilin ayrı-ayrı fəsilləri ilə bağlı çox təsirli duyğu- düşüncələr yer alır. “Facebo­ok”da dostluğumda olan istedadlı şairə, yazıçı-publisist Sədaqət Kərimovanın dünənki paylaşımında builki yayın özəl­likləri ilə bağlı poetik düşüncələr diqqə­timi cəlb etdi: 

 

Yayı gözləyirik biz qış uzunu,

Ayları həsrətlə yola veririk.

Yaya saxlayırıq neçə arzunu,

Ah necə, ah necə ümid dəririk.

Yay da ki, gec gəlib, tez keçir yaman,

Bir nəfəs dərməyə amanı çatmır.

İstiyə, bürküyə qarışır başı,

Arzuya, murada zamanı çatmır.

Arxada aldanmış ümidlər qoyub,

Yay son günlərini yaşamaqdadır.

Payız nəsimini hiss edən ürək

Öz kədər yükünü daşımaqdadır.

 

Təqdim etdi:

M.HACIXANLI,
“Xalq qəzeti”

 

Sosial həyat