Şəhidin adını yeni doğulan qardaşı yaşadacaq

post-img

Qubada Vətən müharibəsi şəhidi Musa Məhəmmədovun valideynlərinin əkiz körpələri doğulub. Dünyaya göz açan oğlan uşağına torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəman qardaşının adı verilib. Musanın əkiz bacısının adı isə Alisadır.

Bu münasibətlə Quba Rayon İcra Ha­kimiyyətinin, Yeni Azərbaycan Partiyası Quba Rayon Təşkilatının nümayəndələri, şəhid ailələri üzvləri rayonunun Zərdabi qəsəbəsində yaşayan Bəhram və Rü­babə Məhəmmədovlar yaşadıqları evdə ziyarət ediblər. Valideynlərə gözaydınlığı verilib, körpələrə hədiyyələr təqdim edilib.

“Xalq qəzeti”

Sosial həyat