Hipersəs sürətli raket sınaqdan çıxarılıb

post-img

ABŞ Hərbi Hava Qüvvələri ARRW Havadan Atılan Sürətli Cavab Silahı) proqramı çərçivəsində hipersəs sürətli raket prototipinin ilk sınağını keçirib. 

Bu barədə Amerikanın həftəlik “De­fence News” nəşri ABŞ ordusuna isti­nadən məlumat yayıb. Nəşr qeyd edir ki, avqustun 19-da Cənubi Kaliforniya sahillərində “Boeing B-52H Stratofort­ress” strateji bombardmançı təyyarəsi AGM-183A hipersəs raketini atıb. ABŞ ordusu sınağın uğurlu olub-olmadığını dəqiqləşdirmir. Bildirilir ki, ARRW-nin “imkanları haqqında dəyərli məlumatlar” əldə edilib.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya