Kafedən oğurluq edən şəxslər saxlanılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Nəsimi rayonunda oğurluq hadisəsi qeydə alınıb.

XQ xəbər verir ki, zərərçəkən şəxs polisə müraciət edərək ona məxsus kafedən ümumilikdə 600 manat pulun oğurlandığını bildirib. Hadisə ilə bağlı dərhal araşdırmalara başlanılıb.

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən M.Qədirli və V.Nəsirov müəyyən edilərək saxlanılıblar. Onların hadisəni hansı şəraitdə və hansı üsulla törətdiyi araşdırılır.

Faktla bağlı müvafiq maddə üzrə cinayət işi başlanıb, istintaq hərtərəfli davam etdirilir. Hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri görülür.

Hadisə