Kondisioner yoxdursa...

post-img

Yaxud Misir fironları necə sərinləyirmiş

Dünyada qlobal istiləşmə başlayıb. Artıq yayda tez-tez havalar 40 dərəcədən yuxarı olur. Bəs kondisioner olmasa və elektrik şə­bəkələri yüklənməyə dözməsə, insan özünü istidən necə xilas etməlidir? Qədimdə isti ölkələrdə insanlar nə edirmiş? Məsələn, Misir fironları saraylarında 50 dərəcə istidə necə sərinlənirmişlər? Tarixdən bəlli olan7 maraqlı tövsiyə ilə tanış olaq:

1. Evi yarıqaranlıq et. Pərdələri, jalüzləri endirin. Evə düşən gün işığı içəridə əlavə is­tilik yaradır.

2. Axşamdan evi soyutmağa başlayın. Bü­tün gecəboyu pəncərələri açıq qoyun, qapılara tor çəkin. Sərin gecə havası evi soyudur. Ba­yıra açılan qapı aralı qalsa, ev kifayət qədər nəfəs alacaq.

3.Gen-bol, rahat, açıq rəngli geyimlər. Cins, qara şalvar, dar geyimlər, tünd rənglər sizi çox tərlədəcək. Təbii pambıq, kətan, hör­mə, ipək paltar seçin. Çalışın nazik geyimdə olun. Yayda dəri nəfəs almalıdır.

4.Başınıza sərin dəsmal bağlayın. Dəs­mal, yaylıq və ya pambıq parçanı suda isladın, yaxşıca sıxın və türban, çalma kimi başınıza sarıyın, boynunuza salın. Dərhal necə sərinlə­diyinizi görəcəksiniz.

5. Fironların sirri. Onlar mələfəni soyuq suda isladıb bərk sıxır, bürünüb yatarmışlar. Mələfə sulu yox, nəm olmalıdır. Bu üsul rahat yuxuya getməyə kömək edir. İslaq corab da geymək olar.

6. Lampaları azaldın, istilik verən tex­nikanı söndürün. Yayda axşamlar az lampa yandırın, bütün texnikanı elektrikdən ayırın. Küncdə zərif gecə işığı yetərlidir. Hətta şam belə, lampa kimi istilik vermir.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Maraqlı