Hava yenə isti olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrome­teorologiya Xidmətinin məlumatına əsasən avqustun 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən bu­ludlu olacaq. Əsasən yağmursuz keçəcək. Şimal küləyi əsəcək. Gecə 21-26°, gündüz 33-38° isti olacaq. At­mosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu,­nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Ab­şeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27°, Cənub çimərliklərində: (Tür­kan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq. Azərbay­canın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq rayonlarda qısamüddətli yağış ya­ğacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39°, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Q. QASIMOV, “Xalq qəzeti”

Ekologiya