Dünyamızı emojilərsiz təsəvvür etmək qeyri-mümkündür. Bu, insanın hansı hisslər yaşadığını və xarakterini az da olsa açıb göstərir. Zaman keçdikcə bu üz ifadələri texnologiya sahəsində də məşhurlaşmağa başlayır. Belə ki, Yaponiyada NTT DoCoMo-nun i-rejim mobil internet platformasının əməkdaşı Şigetaka Kurita şəhərdəki insanların üz mimikalarını müşahidə edərək 1998-ci ildə 180 adda emoji işləyib hazırlayır. Sonra smaylik adı ilə məşhurlaşan bu emojilər klaviatura simvollarına uyğunlaşdırılaraq inkişaf etdiririlir və daha da təkmilləşdirilir.
Emoji 2015-ci ildə Oksford Universitetinin lüğəti tərəfindən ilin sözü seçilib. Yapon dilində 絵文字 (えもじ, emoji) < 絵 (え, e, “şəkil”) + 文字 (もじ, moji, “xarakter”) kimi izah olunur.
Emojilər Şərq və Qərb üslubu olaraq iki yerə bölünür. Birinci, şaquli formada göstərilən, Avropa və Amerikada daha çox istifadə olunan emojilərdir:
(-:
)-:
o-:
İkinci isə Asiya ölkələri - Yaponiya, Koreya və Çində istifadə edilən üz ifadələridir ki, bunlar da üfüqi xətlə göstərilir:
(*_*) (“) (-_-) (“) {^_^} – Yaponiya, 'ㅂ' ㅇㅅㅇ – Koreya, 囧 – Çin
Fidan SALMANOVA,
“Xalq qəzeti”

