Nigerdə terror aktı: həlak olanlar var

post-img

Nigerin cənub-qərbində törədilən terror aktı nəticəsində 5 nəfər həlak olub.

Ordudan verilən yazılı açıqlamaya görə, Tillaberi bölgəsində naməlum silahlı şəxslər konvoyu müşayiət edən polis avtomobilini hədəf alıb.

Hadisə zamanı 4 mülki şəxs və 1 polis həyatını itirib, 19 nəfər yaralanıb.

Qeyd edək ki, Tillaberi "3 ölkə sərhədi" kimi tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.

Bu sərhəd xətti tez-tez “Əl-Qaidə” və İŞİD-ə bağlı terror qruplarının hücumlarına məruz qalır.

Terrorla mübarizə əməliyyatlarında Nigerdən təxminən 12 min əsgər iştirak etdiyi halda, onların, demək olar ki, yarısı Mali və Burkina Faso arasında 1400 kilometrlik sərhəddə yerləşir.

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya