Azərbaycan Minsk Kinofestivalında

post-img

Azərbaycan noyabrın 1-dən 8-dək Minskdə “Keyfiyyət nişanlı kino” devizi altında keçirilən XXX Minsk Beynəlxalq “Listapad” Kinofestivalında təmsil olunur. Yubiley film festivalı Belarus kinosunun 100 illiyi və festivalın 30 illiyinə həsr olunub.

Azərbaycanı kinofestivalda “Gənclərin kinosu” müsabiqəsinin münsiflər heyətinin sədri kimi prodüser, rejissor, ssenarist Cavid İmamverdiyev təmsil edir. Onunla birlikdə filmləri İsveçrədən olan rejissor və sənədli film prodüseri Domeniko Lukkini və belaruslu rejissor Kirill Xaletski qiymətləndirəcək.

Bildirilir ki, festivala artıq 112 ölkədən 2200-dən çox müraciət daxil olub. Tamaşaçılara dünyanın müxtəlif yerlərindən ən yaxşı filmlərin daxil edildiyi yeddi müsabiqə proqramı təqdim ediləcək.

Son xəbərlər