Londonda Azərbaycan–Türkiyə qardaşlıq mərasimi

post-img

Azərbaycanın Britaniyadakı səfirliyində 8 Noyabr - Zəfər bayramı ərəfəsində Azərbaycan-Türkiyə qardaşlıq axşamı təşkil olunub.

Tədbirdə Türkiyənin Britaniyadakı səfiri Osman Koray Ertaş, Türkiyə səfirliyinin əməkdaşları, Azərbaycan və Türkiyə icmasının nümayəndələri, Şimali Kipr Türk Cümhuriyyətinin Britaniyadakı nümayəndəsi Çimen Keskin, həmçinin fəxri qonaq qismində Britaniya parlamentinin İcmalar Palatasının deputatı Nesil Çalışkan iştirak edib.

Səfir Elin Süleymanov çıxış edərək qarşıdan gələn 8 Noyabr - Zəfər bayramı münasibətilə həmvətənlərimizi təbrik edib. 29 Oktyabr - Cümhuriyyət Günü münasibətilə Türkiyə icmasının nümayəndələrini də təbrik edən səfir Azərbaycan və Türkiyə xalqlarının bir ailə olduğunu vurğulayıb.

Türkiyənin Britaniyadakı səfiri Osman Koray 8 Noyabr - Zəfər bayramı münasibətilə Azərbaycan icmasını təbrik edib. Qardaşlıq hisslərinin Azərbaycan və Türkiyə xalqının ürəyindən gəldiyini və bu duyğuların təbii olaraq davamlı şəkildə nəsildən-nəslə keçdiyini deyən səfir bu qardaşlığın əbədi və sarsılmaz olmasını arzulayıb.

Tədbir konsert proqramı ilə yekunlaşıb.

XQ

Son xəbərlər