Dələduzluğa görə axtarılan 5 nəfər istintaqa təhvil verilib

post-img

Polis əməkdaşlarının oktyabrın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib. 

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Bundan əlavə, oktyabrın 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Son xəbərlər