Britaniya deputatı: Doğma torpaqlarda yenidən səs vermək xoşbəxtlikdir

post-img

Parlamentari olaraq Azərbaycan üzrə bütün partiyaların dostluq qrupunun üzvüyəm. Biz müntəzəm görüşlər keçirir, Azərbaycanla bağlı məsələləri və ölkələrimiz arasında münasibətləri müzakirə edirik.

Bu barədə Birləşmiş Krallıq parlamen­tinin Lordlar Palatasının üzvü Qurban Hus­sain Azərbaycanda keçirilən növbədənkə­nar seçkilərə dair mətbuat konfransında deyib.

Şuşada və Füzulidə seçki prosesini yaxından izlədiyini deyən qonaq əlavə edib: “Müşahidələrimə əsasən deyə bilərəm ki, Azərbaycandakı səsvermə sistemi və pro­sesi Birləşmiş Krallıqdakı ilə eynidir. Se­çicilər sərbəst şəkildə şəxsiyyətlərini təsdiq edən sənədlə seçki məntəqəsinə yaxınlaşır və kabinələrdə gizlin səs verirdilər. Region­dakı insanlar da çox xoşbəxt görünürdülər. Azərbaycan xalqı - Qarabağdakı keçmiş məcburi köçkünlər 30 ildən sonra yenidən doğma torpaqlarında səsvermə prosesində iştirak etdikləri üçün xoşbəxtdirlər. Bunu görmək mənim üçün də çox xoş oldu. Seçkilərdə davamlı iştirak da diqqətimdən qaçmadı. Bu, Birləşmiş Krallıqdan kənar­da izlədiyim ilk seçki prosesi idi və mən nə ilə qarşılaşacağımı bilmirdim. Lakin seçki prosesi ilə bağlı hər şey eynilə Birləşmiş Krallıqdakı kimi keçdi”.

Son xəbərlər