Yekun nəticə onu deməyə imkan verir ki, seçki məntəqələrində hər şey qrafikə uyğun aparıldı. Müşahidə etdik ki, media nümayəndələri heç bir maneə olmadan prosesi izləyə bilirdilər. Onların sərbəst hərəkətində heç bir məhdudiyyət yox idi.
Bu fikirləri sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərinin ilkin yekunları ilə bağlı ölkəmizdə səfərdə olan Rumıniya Senatının müşahidə missiyasının rəhbəri Kristian-Ogustin Nuçulesku-Tagarlaş səsləndirib.
Rumıniya Senatının Rumıniya-Azərbaycan dostluq qrupunun üzvü kimi seçkiləri izlədiyini diqqətə çatdıran qonaq seçki məntəqələrinin hərtərəfli şəraitlə təmin olunduğunu qeyd edib.