Kənd təsərrüfatı naziri Qaxda

post-img

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qax rayonunda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb. 

Turaclı kəndində “Zərqanad” Arıçılıq Məhsullarının İstehsalı Kooperativinin üzvləri ilə görüşən nazirə kooperativin formalaşması zərurəti, arıçılıq məhsullarının istehsalı, qablaşdırması barədə məlumat verilib. Daha sonra nazir Zəyəm kəndində 40 hektar sahədə salınmış intensiv bağla tanış olub. 

Nazir, həmçinin Qorağan kəndində yeni qurulmuş qarğıdalı qurutma məntəqəsinin fəaliyyəti ilə tanış olub. Bildirilib ki, rayonda qarğıdalı əkini sahələrinin artması bu cür müəssisələrin yaradılmasını zəruri edir. Məhsul yığımı dövründə məhsulun nəmlik göstəricilərinin çox olması məhsulu uyğun qiymətə satmağa imkan vermir. İndiki halda isə qarğıdalı qurutma məntəqəsi fermerlərə öz məhsullarını standartlara uyğun şəkildə, mexaniki üsulla qurudaraq qablaşdırmaq və uzun müddət saxlamaq imkanı yaradır.

M. Məmmədov, eyni zamanda Qaxda fəaliyyət göstərən “Ulu Agro” MMC-nin Qax Aqroparkında yeni soyuducu anbarın inşası ilə tanış olub.

Görüşdə səsləndirilən təkliflər qeydə alınıb, fermerlərə nazirliyin müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək tövsiyə olunub.

XQ

 

Son xəbərlər