“Seçki-2024” Müstəqil Media Mərkəzi uğurlu layihədir

post-img

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar mərkəzdə yaradılan şəraitlə yaxından tanış olan MSK sədri Məzahir Pənahov Müstəqil Media Mərkəzinin uzun illərdir mütəmadi şəkildə fəaliyyət göstərən və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu layihə olduğunu bildirib.

O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb. Mərkəzin təkmil fəaliyyətinə dair tövsiyələrini bildirən M.Pənahov qeyd edib ki, layihənin başlıca məqsədi seçkilərdə aşkarlığın və şəffaflığın yüksək səviyyədə təmin edilməsində əhəmiyyətli rol oynayan yerli və beynəlxalq media nümayəndələrinə daha geniş imkanlar təmin etməkdir.

Tanışlıqdan sonra MSK sədri həm Müstəqil Media Mərkəzinin fəaliyyəti, həm də Milli Məclisə seçkilərə hazırlıqların gedişi barədə media mənsublarına açıqlama verib, jurnalistlərin suallarını cavablandırıb.

Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təc­hiz olunan mərkəzdən sərbəst istifadə edə bilərlər.

Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir. Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və videogörüntülər paylaşılır.

XQ

 



Son xəbərlər