COP29 sənədli film müsabiqəsi

post-img

COP29 Azərbaycan Əməliyyat Şirkəti qlobal iqlim problemləri və onların həll yollarına geniş ictimaiyyətin diqqətinin cəlb olunması istiqamətində fəaliyyətin davamı olaraq beynəlxalq sənədli film müsabiqəsi layihəsini təqdim edir.

“Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı müsabiqədə iştirak üçün dünyanın istənilən ölkəsindən sənədli film çəkilişləri sahəsində təcrübəsi olan şəxs və şirkətlər dəvət olunurlar.

Təşəbbüsün əsas məqsədi qlobal iqlim fəaliyyətinin gündəmdə saxlanılması, ətraf mühit problemlərinin həllinə yönələn kollektiv səylərin səsinə səs verməkdir. Belə ki, layihə sənədli film müəlliflərinin yaradıcı potensialını aktual iqlim mövzularına yönəldərək, bu sahədə fəaliyyət göstərən şirkət və şəxslər üçün iqlim problemlərinin həllində öz kreativ yanaşmalarının tətbiqi üzrə təşviqat platforması olacaq. 

Müsabiqənin əsas mövzuları biomüxtəliflik və ekosistemlərin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, gender və ətraf mühit məsələlərinin təsirləri, yerli bilik və təcrübələr, bərpaolunan enerji həlləri kimi müxtəlif istiqamətləri əhatə edir. Videomateriallar ümumilikdə 5 fərqli nominasiya üzrə müxtəlif əhatəli meyarlar üzrə ixtisaslaşmış ekspert komissiyası tərəfindən qiymətləndiriləcək. 

Müsabiqənin şərt və tələbləri barədə ətraflı məlumat COP29 rəsmi veb-səhifəsindən əldə edilə bilər. Qeyd olunmuş tələblərə cavab verən videoməhsullar sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Layihənin yekununda tam və qısametrajlı kateqoriyalarda qalib olan filmlər noyabrda Bakıda keçiriləcək COP29 konfransında, eyni zamanda, COP29-un rəsmi veb-saytında və sosial media hesablarında nümayiş etdiriləcək.

XQ

 

Son xəbərlər