“İqlim fəaliyyəti fotoobyektivdə”

post-img

COP29 Azərbaycan Əməliyyat Şirkəti ictimaiyyətin diqqətinin aktual iqlim problemlərinə yönəldilməsi və fəal maarifləndirmə məqsədilə reallaşdırılan müxtəlif yönümlü təşəbbüslərin davamı olaraq, “İqlim fəaliyyəti fotoobyektivdə” adlı beynəlxalq fotomüsabiqə elan edir. 

Əməliyyat Şirkətinin mətbuat xidmə­tindən bildiriblər ki, qlobal miqyasda fo­toqrafları iqlim dəyişmələri mövzusunda vizual dialoqa dəvət edən bu layihənin əsas məqsədi fotohekayələr vasitəsilə iq­lim problemlərinə yeni baxış bucağı ilə ya­naşılması və müasir sənət alətləri vasitəsilə qlobal fəaliyyətin stimullaşdırılmasıdır. 

Fotomüsabiqənin konseptual xətti COP29 konfransının mövzuları ilə ahəng­də olaraq dünyanın hər yerində məskunla­şan icmalara, onların mədəni həyatı və ət­raf mühitin qorunmasındakı roluna, eyni zamanda, iqlim dəyişmələrinin landşaft və ekosistemlərə təsiri, bu təsirlərə məruz qalan flora və faunaya yönəlib. Belə ki, meşələrin və biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması, dayanıq­lı kənd təsərrüfatı, iqlim dəyişmələrinə adaptasiya, mədəni irsin qorunması kimi mövzular layihənin tematik əsasını təşkil edir. 

Ümumilikdə müsabiqəyə qəbul edilən fotoşəkillər “İqlim dəyişmələrinin təsir­ləri”, “İqlim həlləri və innovasiyalar”, “Gənclər və təhsil”, “Flora və fauna” ol­maqla dörd müxtəlif kateqoriya üzrə təs­nifatlandırılacaq. Fotoşəkillər yaradıcı yanaşma, texniki bacarıq, təsirli mesaj ma­hiyyəti kimi müxtəlif meyarlar üzrə eks­pertlər qrupu tərəfindən qiymətləndirilə­cək. Qalib fotoqrafların çəkdiyi fotoların COP29 konfransı zamanı xüsusi ekspozi­siyada yer alması onlara istedadlarını dün­yaya tanıtmaq imkanı yaradacaq. Bunun­la yanaşı, seçilən fotoşəkillər konfransın rəsmi veb-saytı və sosial media kanalları daxil olmaqla müxtəlif platformalarda ge­niş nümayiş etdiriləcək. 

Qeyd edək ki, müsabiqənin texniki tələb və şərtləri barədə daha ətraflı məlu­matları https://cop29.az/az/pages/the-cli­mate-action-in-focus linkinə keçid etməklə əldə edə bilərsiniz. Layihəyə qəbul prosesi onlayn şəkildə sentyabrın 15-dək davam edəcək. Bu iqlim hərəkatına qoşulmaq niy­yətində olan həvəskar və peşəkar fotoqraf­lar qeyd edilən tarixədək öz müraciətlərini [email protected] elekt­ron poçtu vasitəsilə göndərə bilərlər.

XQ

Son xəbərlər