4 hərbçinin ölümü ilə bağlı araşdırma davam etdirilir

post-img

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun – Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edil­məsi barədə Qubadlı Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə XQ-yə Respublika Hərbi Prokurorluğundan bildirilib. Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Qubad­lı Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kri­minalistika və İnformasiya Texnologiyala­rı İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sü­but kimi götürülüb, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edi­lib.

Hazırda Qubadlı Hərbi Prokurorluğun­da araşdırma davam etdirilir.

Allah hərbçilərimizə rəhmət eləsin!

Son xəbərlər