Əli Əsədov Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya ilə görüşüb.

Nazirlər Kabinetindən bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə ara­sında bütün sahələrdə, o cümlədən si­yasi, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat-tranzit və digər istiqamətlərdə mövcud əlaqələrin davamlı inkişafından məmnunluq ifadə olunub. Eyni zamanda, məhkəmə-hüquq sahəsində uzunmüd­dətli səmərəli tərəfdaşlıq təqdir edilib. 

Türk Dövlətləri Təşkilatının bey­nəlxalq nüfuzunun artırılmasında və regional güc mərkəzinə çevrilməsində Azərbaycan və Türkiyə prezidentlərinin səylərinin önəmi qeyd olunub. 

İki ölkənin Konstitusiya məhkəmələri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransı Təşkilatı çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğu­lanıb.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində inkişaf pers­pektivləri müzakirə olunub.

Azərbaycan Respublikası Konstitusi­ya Məhkəməsinin sədri Fərhad Abdulla­yev də görüşdə iştirak edib. 

XQ

Son xəbərlər