Əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 25-də Serbiya Respublikasının mədəniyyət naziri, iki ölkə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, görüşdə zəngin tarixə malik Azərbaycan-Serbiya dostluq və strateji tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Ticarət-iqtisadi, investisiya, neft-qaz, sənaye sahələrində fəal əməkdaşlı­ğın həyata keçirildiyi vurğulanıb.

Dövlət başçıları arasında əldə olunan razılaşmaların praktiki icrasının qarşılıqlı faydalı tərəfdaşlığın daha da genişləndi­rilməsi baxımından əhəmiyyəti qeyd olu­nub.

Tərəflər Hökumətlərarası Komissiya­nın Bakıda keçirilən 8-ci iclasının önə­minə toxunublar.

Görüşdə, həmçinin iki ölkə arasında ticarət dövriyyəsinin və qarşılıqlı inves­tisiyaların artırılması, nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf perspek­tivləri müzakirə olunub.

XQ

Son xəbərlər