Ceyhun Bayramov İsrail Xarici İşlər Nazirliyinin baş direktoru ilə görüşüb

post-img

İyulun 24-də xarici işlər naziri Ceyhun Bayramov ilə İsrail Dövlətinin Xarici İşlər Nazirliyinin baş direktoru Yakov Blitşteyn arasında görüş keçirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəf­li münasibətlərin müxtəlif aspektləri, o cümlədən ölkələrimiz arasında iqtisadi, təhlükəsizlik, yüksək texnologiyalar, təh­sil, turizm, energetika, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın cari vəziy­yəti və perspektivləri, həmçinin Qəzzada vəziyyət barədə geniş müzakirə aparılıb.

Nazir Ceyhun Bayramov qarşı tərəfə postmünaqişə dövründə regionda möv­cud vəziyyət, Azərbaycan–Ermənistan normallaşma prosesi barədə məlumat verib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində iki ölkə arasında əməkdaşlıq üçün əlavə imkan yarandığı qeyd edilib.

XQ

Son xəbərlər