Prezident Administrasiyasının rəhbəri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

post-img

İyulun 24-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, COP29 üzrə Təşkilat Komitəsinin sədri Samir Nuriyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb. 

Samir Nuriyev Azərbaycan Res­publikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə COP29-a hazırlıq prose­si barədə məlumat verib, bu günlərdə ölkəmizin təşəbbüslərinin geniş ictima­iyyət üçün açıqlandığını, COP29-un müəyyən edilmiş Prezidentinin Çərçivə Konvensiyasının bütün tərəflərinə bu mötəbər tədbirlə bağlı planları, gözlən­tiləri əks etdirən müfəssəl məktub ün­vanladığını bildirib. 

Prezident Administrasiyasının rəh­bəri COP29 Sədrliyinin bütün dövlətlə­rin və digər maraqlı tərəflərin mövqe­yini öyrəndiyini, mühüm beynəlxalq toplantılarda iştirak etdiyini, fəal şəkildə çalışdığını diqqətə çatdırıb, ölkəmizin yeni iqlim maliyyəsinin məbləği üzrə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında konsensusa nail olun­ması üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Samir Nuriyev, həmçinin COP29-a hazırlıq prosesi çərçivəsində Azərbay­canda keçiriləcək tədbirlər, konfransa qatılacaq nümayəndə heyətləri və di­gər iştirakçılar üçün yaradılacaq şərait, vətəndaş cəmiyyətinin COP29-da işti­rakına dəstək, kommunikasiya sahə­sində görülən işlərdən danışıb.

Saymon Stil Azərbaycan tərəfin­dən COP29-un uğurla keçirilməsi is­tiqamətində aparılan işlərdən, kiçik ada ölkələrinə dəstək verilməsinin Azər­baycanın gündəliyində yer almasından məmnunluğunu ifadə edib, BMT-nin COP29-un təşkili ilə bağlı Azərbaycana hər cür kömək göstərməyə hazır oldu­ğunu bildirib. 

XQ



Son xəbərlər