İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, “Qarabağ Aqro 44” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib. Müəssisədə sucuq istehsalı həyata keçiriləcək. İnvestisiya dəyəri 1,4 milyon manat olan “Qarabağ Aqro 44”də 20 nəfər işlə təmin ediləcək.
İstehsal olunan məhsulların daxili bazara satılması ilə yanaşı, ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu il Ağdam Sənaye Parkında 5-dən artıq müəssisənin fəaliyyətə başlayacağını bildirib.
XQ