Sığorta bazarı 12 faiz böyüyüb

post-img

Bu ilin yanvar–iyun aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 725,162 milyon manat sığorta haqqı toplanılıb.

Mərkəzi Bankın məlumatına əsasən, bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 faiz çoxdur.

Hesabat dövründə sığorta şirkət­lərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 356,633 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 58,5 faiz çoxdur.

6 ay ərzində sığorta bazarında top­lanmış hər 100 manat sığorta haqqının 49,2 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 34,7 manat olub.

XQ

İqtisadiyyat