Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr

post-img

İyulun 23-də Moskva şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Na­zirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında siyasi məs­ləhətləşmələrin növbəti raundu keçirilib. 

Məsləhətləşmələrdə nümayəndə he-yətlərinə Azərbaycan tərəfindən xarici iş­lər nazirinin müavini Samir Şərifov, qarşı tərəfdən isə xarici işlər nazirinin müavini Mixail Qaluzin rəhbərlik ediblər. 

Tədbirdə Azərbaycan–Rusiya ikitərəfli əməkdaşlığının mövcud vəziyyəti və inki­şaf perspektivləri, gündəlikdə duran və qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə iki ölkə liderləri arasında qarşılıqlı etimada əsaslanan və ikitərəfli gündəliyi formalaşdıran yüksək səviyyəli siyasi dialoqun dövlətlər arasında müt­təfiqlik qarşılıqlı fəaliyyətin əsasını təşkil etməsi məmnunluqla vurğulanıb. 

Siyasi məsləhətləşmələr zamanı iki ölkə arasında, həmçinin iqtisadi-ticarət, mədəni-humanitar, eləcə də beynəlxalq və regional təşkilatlar və formatlar çərçi­vəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub, ikitərəfli müqa­vilə-hüquq bazası və baxılmaqda olan layihələr nəzərdən keçirilib.

Həmin gün nazir müavini Samir Şəri­fov ilə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko arasında da görüş ke­çirilib. Görüş zamanı beynəlxalq və regio­nal təhlükəsizlik məsələləri, eləcə də hər iki ölkənin iştirak etdiyi regional formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətra­fında fikir mübadiləsi aparılıb. 

S.Şərifov ilə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi, Xəzər dənizi məsələləri üzrə danışıqlarda Ru­siya nümayəndə heyətinin rəhbəri Mixail Petrakov arasında keçirilmiş görüşdə isə Xəzər məsələləri üzrə əməkdaşlığın ha­zırkı vəziyyəti və inkişaf dinamikası mü­zakirə olunub.

Son xəbərlər