AZƏRTAC xarici media orqanı ilə əməkdaşlıq qurur

post-img

Şuşada keçirilən 2-ci Qlobal Media Forumu çərçivəsində iyulun 22-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə dörd xarici informasiya agentliyi - Əlcəzairin APS, Seneqa­lın APS, Pakistanın APP və Macarıstanın MTI agentlikləri arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.

Sənədləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, APS-in (Əlcəzair) baş direktoru Samir Qaid, APS-in (Seneqal) baş direktoru Tierno Ahma­du, APP-nin (Pakistan) icraçı direktorunun müavini Mudassar İqbal və MTI-nin (Macarıstan) kreativ di­rektoru Robert Karaş imzalayıblar.

Müqavilələr gündəlik xəbər mübadiləsi, əmək­daşların qarşılıqlı səfərlərinin təşkili və birgə infor­masiyaların hazırlanmasında dəstəyin göstərilməsini nəzərdə tutur.

Qeyd edək ki, AZƏRTAC Macarıstanın MTI agentliyi ilə ikinci, digər agentliklərlə isə ilk dəfədir əməkdaşlıq müqaviləsi bağlayır.

AZƏRTAC və VNA arasında əməkdaşlıq müqa­viləsinin yenilənməsi barədə razılıq da əldə edilib. Bununla da bu agentliklər arasında foto və videoma­teriallar da daxil olmaqla daha geniş informasiya mü­badiləsi həyata keçirmək və dezinformasiya ilə birgə mübarizə aparmaq imkanları artırılacaq.

XQ

Son xəbərlər