Seçki hüququ ilə bağlı sonuncu seminar

post-img

Naxçıvan “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının təşkilatçılığı ilə seçki hüququ ilə bağlı müraciətlərə baxılmasına həsr olunan seminar keçirilib.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov seçki hüququnun pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılması üzrə qanunvericiliyin tələbləri və şikayətlərin araşdırılması prinsiplərindən danışıb. O bildirilib ki, seminarlar seçkilərdə vətən­daşların seçki hüquqlarını pozan hərəkət­lərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması, dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin məlumatının artırılması, bilik, bacarıq və işgüzar vər­dişlərinin daha da təkmilləşdirilməsinə hədəflənib. 

MSK-nın digər üzvü Tofiq Həsənov seçki hüququn pozulmasını iddia edən subyektlərin müraciətləri zamanı qarşıya çıxan məsələlər, şikayət və müraciətlərin xarakteri barədə ətraflı izah verib.

Seminar çərçivəsində bütün iştirakçı­lara seçki hüququ ilə bağlı müraciətlərin araşdırılması, habelə müvafiq rəy və qə­rar layihələrinin hazırlanması prosedurla­rını aydın, müfəssəl əks etdirən “Ekspert qrupunun üzvləri üçün yaddaş” kitabçası da təqdim olunub. Seminarda Naxçıvan­dakı 6 seçki dairəsi üzrə dairə seçki ko­missiyalarının hər birindən 3 ekspert ol­maqla, ümumilikdə 18 nəfər iştirak edib. Sonda fikir mübadiləsi və müzakirələr aparılıb, həmçinin iştirakçıları maraqlan­dıran məqamlara aydınlıq gətirilib.

Naxçıvandakı seminar MSK-nın Milli Məclisə seçkilərlə əlaqədar genişmiqyas­lı maarifləndirmə və seçki hüququ ilə bağ­lı layihəsinin sonuncu təlimi idi. 

XQ



Son xəbərlər