Daxili işlər naziri Qubada qəbul və baxış keçirib

post-img

Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyulun 17-də və 18-də Quba Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mət­buat xidmətindən verilən məlumata görə, nazir əvvəlcə Quba rayonun­dakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirə­sini dərin hörmət və ehtiramla yad edib.

Sonra Rayon Polis Şöbəsinin in­zibati binasında Quba, Qusar, Xaç­maz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 296 vətəndaşın müraciətini dinləyən na­zir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciət­lərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-pol­kovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyə­tinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Vətən müharibəsinin 24 iştirakçı­sının da qatıldığı sıra baxışında xid­mətə qəbulun şərtlərinə uyğun gələn 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

XQ

Son xəbərlər