Nikol Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi

post-img

“Avropa Siyasi İcmasına evsahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi”.

Bunu Prezident Admi­nistrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdi­ri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”un “Avropa Siyasi İc­masının Londonda keçirilən görüşü çərçivəsində Ermənis­tanla Azərbaycan arasında gö­rüşün keçirilməsi nəzərdə tu­tulurdu. Bu, baş tutacaqmı?”, – sualını cavablandırarkən bildirib.

“Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında da­vam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun di­aloqdan və sülh gündəliyinin irəli aparılmasından geri çə­kilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında da­nışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyil­dir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində, dialoq imkanlarını qiymətləndirməli, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britani­yanın belə bir sülh təşəbbüs­lüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk”, – Prezidentin köməkçisi cavabında bildirib.

XQ

Son xəbərlər