Ödənişsiz seçkiqabağı təşviqat aparılacaq media subyektləri müəyyənləşib

post-img

Mərkəzi Seçki Komissiyasından bil­dirilib ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Mil­li Məclisinə növbədənkənar seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alın­mış siyasi partiyalara, siyasi partiyala­rın bloklarına aşağıda göstərilən media subyektlərində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq: 

- İctimai Televiziya və Radio Yayımları Şirkəti; 

- “Azərbaycan” qəzeti; 

- “Xalq qəzeti”;

- “Respublika” qəzeti;

- “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cüm­lədən digər televiziya və radio yayımçıları və dövri nəşrlərin redaksiyaları seçkiqa­bağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının müm­künlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının veril­məsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məb­ləği barəsində məlumatları seçkilərin tə­yin edilməsi haqqında sərəncamın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək (2024-cü il iyulun 28-dək) dərc etməlidirlər.

Son xəbərlər