DİN mətbuat xidmətinin məlumatına görə, son günlərdə Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantası quldurluq yolu ilə talanıb. Bu barədə Binəqədi RPİ 7-ci Polis Bölməsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Məcidzadə və bir qadın müəyyən olunaraq saxlanılıb.
Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından pul oğurlanması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub. Şübhəli bilinən Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə şəhər ərazisindəki evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq əməlinə görə məhkum olunmuş A.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV