Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 19-da ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 20,7 kiloqramdan artıq heroin, 5,1 kiloqramdan artıq marixuana, 2,7 kiloqrama yaxın metamfetamindən ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bundan əlavə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xoruzlu kəndinin ərazisində yabanı halda bitmiş 6,5 ton çəkidə 17200 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Quba Rayon Polis Şöbəsinin əməkdaşları Digah kəndinin ərazisində yabanı halda bitmiş 2,4 ton çəkidə 8143 ədəd çətənə kolunu məhv ediliblər.
Ağsu rayonu ərazisində isə yabanı halda bitmiş 1,4 ton çəkidə 3115 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
P.ƏMİRCANOV
XQ