Naftalanda yanvar-mart aylarında rabitə xidmətinin həcmi açıqlanıb

post-img

2024-cü ilin yanvar-mart aylarında şəhərdə rabitə müəssisələri tərəfindən (ƏDV-siz) 82,4 min manatlıq müxtəlif növ rabitə xidməti göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 92,5 faiz təşkil edib.

Naftalan Şəhər Statistika İdarəsindən XQ-ə verilən məlumata görə, poçt müəssisələri tərəfindən 2024-cü ilin yanvar-mart aylarında göndərilən məktub korrespondensiyasının sayı 1886 ədəd, daxil olanların sayı 2317 ədəd, göndərilən teleqramların sayı 54 ədəd, daxil olanların sayı 116 ədəd, göndərilən pul baratlarının sayı 98 ədəd, daxil olanların sayı 47 ədəd, göndərilən poçt bağlamalarının sayı 48 ədəd, daxil olanların sayı 328 ədəd olub.

 

 

İqtisadiyyat