Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.
Baş idarənin rəisi, gömrük xidməti general-mayoru Anar Cahangirov bildirib ki, gömrük sistemində şəffaflığın, vətəndaş və sahibkar məmnuniyyətinin təmin olunması gömrük orqanlarının strateji hədəflərindəndir. Qeyd olunub ki, Dövlət Gömrük Komitəsi bu istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması üçün gömrük sistemində ictimai nəzarətin, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin gücləndirilməsi, ictimai iştirakçılığın genişləndirilməsinə xüsusi önəm verir. Həmçinin, hava nəqliyyatında gömrük işinin səmərəli və şəffaf şəkildə təşkili, məmnunluğun artırılması məqsədilə gömrük əməkdaşlarının kommunikasiya, ünsiyyət bacarıqlarının təkmilləşdirilməsi üçün təlimlərə cəlb olunduqları vurğulanıb.
Görüş çərçivəsində İctimai Şura üzvləri Bakı Karqo Terminalında və “Terminal 1” gömrük postunda gömrük nəzarəti, rəsmiləşdirilmə və sərhədkeçmə proseslərini əyani şəkildə müşahidə ediblər.
Tədbir çərçivəsində İctimai Şura üzvlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
XQ