“Montenegro Cup”da 17 mükafat

post-img

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş “Montenegro Cup” beynəlxalq turnirində uğurla çıxış edərək 17 medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova halqa və gürzlərdə qızıl, lent və toplarla hərəkətdə gümüş, Zəhra Cəfərova isə halqa və lent proqramında bürünc mükafata yiyələnib. 

Gənclərin yarışında Nilufər Oruclu B kateqoriyasında halqa və toplarla çıxışda qalib adını qazanıb. Şəms Müvəffəqi topla 1-ci, gürzlər və lentlə 2-ci, halqada isə 3-cü yeri tutub. Mədinə Abbaslı isə top, gürzlər və lentlərlə hərəkətlərin icrasında bürünc mükafat alıb. 

Yeniyetmələrin mübarizəsində Nur Sadıqova və Məryəm Baloğlanova, müvafiq olaraq, qızıl və gümüş medal əldə ediblər.

L.QURBANOVA
XQ

İdman