Silah-sursat təhvil verilib

post-img

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.

Məlumata gğrə, fevralın 21-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər