Qardaş xalqların ana dili sevgisi

post-img

Özbəkistanda Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində Beynəlxalq ana dili günü münasibətilə tədbir keçirilib. 

Universitetin prorektoru Barno Abdul­layeva Özbəkistanda ana dilinə olan döv­lət qayğısından danışıb. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi­nin direktoru Samir Abbasov qədim və zəngin Azərbaycan dilinin müasir dövrdə türk dilləri arasında sevilən bir dil olduğu­nu vurğulayıb. O qeyd edib ki, Özbəkista­nın iki ali təhsil məktəbində Azərbaycan dili tədris edilir.

Məclisin bədii hissəsində univer­sitet tələbələri tərəfindən Azərbaycan və özbək dillərində şeirlər səsləndirilib, “Azərbaycan” rəqs ansamblının çıxışı maraqla qarşılanıb. 

Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri

Daşkənd

Son xəbərlər