Dilimiz – əbədi diriliyimiz

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunan mərasim keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilıb və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filologiya fakültəsinin dekanı Könül Həsənova açılış nitqi ilə çıxış edərək dilin hər bir insanın mənəviyyatını qoruyan başlıca amil olduğunu diqqətə çatdırıb. Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova çıxışında, cənab İlham Əliyevi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib, onun zəkası və şəhidlərimizin şücaəti sayəsində xalqımızın 44 günlük müharibədə qələbə qazandığını qeyd edib. Daha sonra natiq Ümummilli Lider Heydər Əliyevin fikirlərindən sitat gətirərək ana dilini bilməyənlərin şikəst olduğunu söyləyib və  hər bir vətəndaşın öz ana dilini bilməsinin vacibliyini vurğulayıb. 

Azərbaycan dilinin tədrisi texnologi­yası kafedrasının professoru Vaqif Qur­banov ana dilimizin inkişafı tarixindən, Müasir Azərbaycan dili kafedrasının müəllimi Nərmin Mehdiyeva dilimizin saf­lığının qorunmasından danışıblar.

ADPU-nun “Meh” ədəbi dərnəyinin üzvləri ana dilimizi vəsf edən şeir və mah­nıları səsləndiriblər.

Mərasimin sonunda ADPU-nun rektoru Cəfər Cəfərov elm və təhsilində xidmətləri olan bir qrup alim və ziyalıya “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921–2021)” yubiley medalını təqdim edib.

XQ











Mədəniyyət