Milli Məclisdə görüşlər

post-img

Dünən Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha ilə görüşüb. Qonağı salamlayan spiker bu cür görüşlərin ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından yaxşı imkan olduğunu vurğulayıb.

Milli Assambleya prezidentinin Bakı­da keçirilən Asiya Parlament Assamble­yasının 14-cü Plenar Sessiyasında işti­rak etmək məqsədilə ölkəmizdə səfərdə olduğu qeyd edilərək, Azərbaycan pay­taxtının bu mühüm beynəlxalq tədbirə uğurla evsahibliyi edəcəyinə əminlik ifadə olunub və sessiya çərçivəsində bir sıra vacib məsələlərin müzakirə olunaca­ğı diqqətə çatdırılıb. Qonaq səfəri çərçi­vəsində Bakıda gördükləri, paytaxtımızın arxitekturası və mədəni mühiti haqqında müsbət təəssüratlarını bölüşüb. Fevra­lın 7-də keçirilən növbədənkənar prezi­dent seçkilərində qalib gələrək, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdıran qonaq əmin olduğunu bildirib ki, Azərbaycan bundan sonra da ölkə başçısının rəhbərliyi ilə uğurlu inkişafını davam etdirəcək.

Tailand Krallığının Milli Assambleya­sının prezidenti ölkəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələ­sində BMT Təhlükəsizlik Şurasının qət­namələrini hər zaman dəstəklədiyini və mövqelərinin birmənalı olduğunu qeyd edib.

***

Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçiriləcək Asiya Par­lament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Kral­lığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam, Taci­kistan Ali Məclisinin Nümayəndələr Pa­latasının Sədri Mahmadtoir Zokirzodan, Oman Sultanlığnın Şura Məclisinin Sədri Şeyx Xalid İbn Nilal Əl-Muavvali və Ərəb Parlamentinin Sədri Adel bin Abdul Rah­man Əl-Asumunun başçılıq etdikləri nü­mayəndə heyətləri ilə də görüşüb.

***

Fevralın 21-də Bakıda Asiya Parla­ment Assambleyasının (APA) 14-cü ple­nar sessiyası çərçivəsində qurumun İcra­edici Şurasının iclası keçirilib.

İclası açan İcraedici Şuranın sədri Ab­dulkadir Emin Önen qurumun keçdiyi yol və qarşıdakı perspektivləri ilə bağlı fikirlə­rini bölüşüb, APA-nın qlobal problemlərin həllində mühüm platforma rolunu oyna­dığını diqqətə çatdırıb və Azərbaycanın 2024–2025-ci illər üzrə APA-ya uğurla sədrlik edəcəyinə əminliyini bldirib.

İclasda APA Baş katibinin müavini KiaTabatabaye qurumun ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabatı təqdim edib. APA-nın baş katibi Muhammed Reza Məcidi isə müzakirədə olan qətnamə la­yihələri üzrə son fikir və təkliflərlə bağlı məlumat verib. 

Sonra APA-nın 14-cü Plenar İclası­nın gündəliyi müzakirə olunub. Tədbirdə İqtisadi və davamlı inkişaf üzrə, Büdcə və planlaşdırma üzrə, Sosial və mədəni məsələlər üzrə, Siyasi məsələlər üzrə daimi komitələr tərəfindən irəli sürülən qərar layihələrinəzərdən keçirilib, təşkila­ti və digər məsələlərə baxılıb.

İclasda Milli Məclisin APA-dakı nü­mayəndə heyətinin üzvləri iştirak ediblər.

Əliqismət BƏDƏLOV
XQ

Son xəbərlər