Azərbaycan “yaşıl nəqliyyat”a keçidi dəstəkləyir

post-img

Beynəlxalq Nəqliyyat Forumunun (İTF) gender və nəqliyyat üzrə 8-ci İllik Məsləhətləşmə iclası keçirilib. Builki iclasda Yaşıl Nəqliyyat Sammiti kontekstində gender, nəqliyyat və iqlim dəyişikliyi arasındakı qarşılıqlı əlaqələr diqqət mərkəzində olub.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva iclasın açılışında çıxış edib. İTF-nin nəqliyyat dialoqunu asanlaşdırmaq və regional nəqliyyat və kommunikasiya əlaqələrini gücləndirmək üçün səmərəli qlobal platforma olduğunu deyən səfir ölkəmizin regionda dayanıqlı və davamlı nəliyyat üçün multimodal nəq­liyyat marşurutlarının inkişafı istiqamə­tində konkret addımlar atdığını bildirib. 2025–2026-cı illərdə təşkilata Azərbay­canın sədrlik edəcəyini bildirən Leyla Ab­dullayeva ölkəmizin sədrlik müddətində İTF-nin məqsəd və mühüm rolunu təşviq etmək üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. Bu ilin sonunda Bakının ev sahibliyi edəcəyi COP29-un, həmçinin nəqliyyat sahəsinin dekarbonizasiyası ilə bağlı məsələlərin müzakirəsi üçün imkan yaradacağına ümid ifadə edilib.

Bakının evsahibliyi edəcəyi COP29-la bağlı səfir L.Abdullayeva qeyd edib ki, ümumi yanaşma əvvəlki COP konfrans­larının uğurlarına və dövlətlərin götür­düyü öhdəliklərə əsaslanmaqdır. Vurğu­lanıb ki, məqsədimiz bu öhdəlikləri irəli aparmaqdır.

Səfir, gender və nəqliyyat, eləcə də nəqliyyat sektorunda gender bərabərliyi­nin vəziyyəti ilə bağlı da məlumat verib. 

XQ

Son xəbərlər