Oğurluq edənlər yaxalanıblar

post-img

Bakının Nizami rayonu ərazisində bir qadının çantasından pulu oğurlanıb. Cinayəti törətməkdə şübhəli bilinən R.Kazımov saxlanılıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Nizami RPİ 24-cü şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da rayon ərazisində bir qadının çantasından 200 manat və 200 ABŞ dolları pulunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş R.Kazımov saxlanılıb.

Bundan əlavə, Xaçmaz rayonunun Barlı kəndi ərazisindən “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinən iki yeniyetmə avtomobillə birgə saxlanılıb.

Bu barədə polisə məlumat daxil olan kimi  polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Quba və Neftçala rayon sakinləri olan iki yeniyetmə avtomobillə saxlanılıblar.

Faktlarla bağlı araşdırma aparılır. 

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər